AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeron rayon rəhbərliyi ağaclara qənim kəsilib

  • + A
  • - A
  • 30-07-2024, 10:47

    Abşeron rayon rəhbərliyi  ağaclara qənim kəsilib

    Abşeron rayonu ağac qətliamı ilə gündəmə gələn rayonlar üzrə liderliyə davam edir. Demək olar ki, həftənin 5 günü Abşerondan saytımıza şikayət daxil olur. Şikayətlər zibil qutu yerlərinin satılması üzündən sakinlərin olub-qalan yerlərə atdıqları zibillərin daşınmaması, hər tərəfi üfunət iyinin basması və ağacların qırılması ilə bağlı olur.
    Deyəsən Abşeron Rayon İcra Hakimiyyətində çalışanlar təbiətə ziyan vurmaqdan başqa işə yaramır. Bu səhər yenə şikayət daxil oldu. Bu dəfə əhalisi sıx olan Xırdalan şəhərində istirahət parkında ağaclar son günlırini yaşayır. Bir-iki günə parkda yeri satılan ağacların yerində hansısa göbələk kimi artan obyekt baş qaldıracaq.
    İzləyici məktubunu və işarələnən ağacların fotosunu yerləşdirir, saytımız vasitəsilə Abşeron Rayon İcra Hakimiyyətindəki yetkililəri vicdan naminə ağac qətliamına son verməyə səsləyirəm. Bilirəm beynəlxalq tədbir COP29 vecinizə deyil, sadəcə nəzərə çatdırmaq istəyirəm ki, ağacsız qalan yer kürəsinə bəlalar gələndə, sizin də əzizlərinizi satdığınız ağacların pulu xilas etməyəcək.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR