AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə Qərbi Azərbaycanlı soydaşlarımızın ailələrində davam etdirilib - FOTOLAR

  • + A
  • - A
  • 30-07-2024, 11:05

    Layihə Qərbi Azərbaycanlı soydaşlarımızın ailələrində davam etdirilib - FOTOLAR

    Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrasını davam etdirir.

    QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülsənəm Əmrahova məlumat verib. Onun sözlərinə görə, 26 İyul 2024-cü il tarixdə Şabran şəhəri ərazisində məskunlaşmış Rahib Salmanov və Vidadi İskəndərovun yaşadığı ünvanlarda ailələri ilə və rayonun Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəliyində yaşayan Qərbi Azərbaycandan məcburi köçkün düşmüş soydaşlarımız ilə görüşlər keçirilib.

    Torpaq, yurd həsrəti ilə yaşayan, qəlbi əzəli Qərbi Azərbaycanla döyünən və vaxtı ilə həmin əraziləri qarış-qarış gəzmiş şəxslər doğma ellərinə qayıdacaqlarını ümidlə gözlədiklərini bildiriblər. Görüş əsnasında deportasiyadan əziyyət çəkmiş soydaşlarımızın ailələrinə layihənin ideya mövzusunu əks etdirən, son 200 illik dövrün tarixi məqamları şəkillərdə əks olunan kitabçalar paylanılıb.

    Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəliyində keçirilmiş görüşdə nümayəndə Əmirəddin Mirzəyev, Qərbi Azərbaycan İcmasının Şabran rayonu üzrə nümayəndəsi Əli Xəbərov və Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak ediblər. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR