AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında layihənin icrası davam edir - FOTOLAR

  • + A
  • - A
  • 30-07-2024, 11:09

    “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında layihənin icrası davam edir - FOTOLAR

    Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazilriyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında “Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhlərində məktəbəqədər müəssisələrinin müəllimləri üçün təlimlər davam edir.

    QHT.az xəbər verir ki, bu barədə “Ümidli gələcək” Gənclər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova məlumat verib. Onun sözlərinə görə, təşkilat 2023-cü ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında “Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” layihəsinin icrasına başlayıb: "Layihə çərçivəsində məktəbəqədər müəssisələrində çalışan müəllimlər üçün təlimlər artıq rayonlarda davam edir. İyul ayı ərzində təlimlər Gəncə və Lənkəran şəhərlərində həyata keçirildi. Təlimlər Lənkəran - Astara Regional Təhsil İdarəsi və Gəncə - Daşkəsən Regional Təhsil İdarələri ilə əməkdaşlıqda Gəncə və Lənkəran şəhərlərində çalışan məktəbəqədər təhsil müəssisələrinin 60 nəfər əməkdaşına 2 günlük təlimlər təşkil edildi. Təlimdə layihə çərçivəsində hazırlanmış Uşaqyönümlü Yanaşma, Uşaqlarla Davranış Qaydalarının tədbiqi üzrə Metodik Vəsaitdə əks olunan mövzular əhatə edilmi xüsusi proqram üzrə keçirilib. İştirakçılara əsasən “Uşaqyönümlü yanaşmada qanunvericilik”, “Uşaq bağçalarında davranış strategiyaları, dünya təcrübəsində etik standartlar”, “Uşaqların yaş və inkişaf dövrləri”, “Müəssisə dövründə olan uşaqların təməl ehtiyaclarına yanaşma”, “Uşaqların təhsil müəssisəyə adaptasiyasında bağça kollektivinin öhdəlikləri”, “Uşaqlara qarşı zorakılığın aşkarlanması”, “Bağça-uşaq-valideyn üçbucağı”, “Sosial psixoloji reabilitasiya və yönləndirmə xidmətləri”, “İnkluziv təhsilə adaptasiya”, “Uşaq qaynar xətt xidməti” və digər mövzular əhatə edilib".

    Qeyd edək ki, təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu cür təlimlərin mütəmadi təşkil edilməsi haqqında rəyləri də təqdim edilib.

    Təkilat layihənin icrasında göstərdikləri texniki dəstəyə və əməkdaşlığa görə Lənkəran - Astara Regional Təhsil İdarəsinə və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR