Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" layihəsinin icrası davam edir.
QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uyğun 30.07.2024- cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində Goranboy rayonundan olan 20 nəfər qadın Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu.Tədbirdə qadın Bələdiyyə üzvlərinə "Peşəkar idarəçilik nədir? Hansı səriştələr qazanılmalıdır? Peşəkar idarəçilikdə aktiv iştirakçılıq bacarıqları. Peşəkar idarəçilik bacarıqlarında kommunikasiya.Peşəkar bacarıqlarında zamanın idarəedilməsi" mövzularını əhatə edən 2 hissədən ibarət təlim keçirildi.
Daha sonra mövzu ətrafında müzakirələr aparıldı,təkliflər səsləndirildi. Bundan əlavə layihə çərçivəsində Goranboy rayonunda daha 1 tədbir "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzusunda təlimin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.