AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Goranboy rayonunda vərəm üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2024, 15:45

    Goranboy rayonunda vərəm üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

    31.07.2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Regionlarda qadınlar və uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası və ailələrdə vərəm stiqmasının ləğvi istiqamətində maarifləndirmə işi” mövzusunda Goranboy rayonu Uşaq və Ailələrə dəstək Mərkəzində maarifləndirici təlim keçirib.

    QHT.az xəbər verir ki, layihənin icra edilməsində AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzlərlə iş Şöbəsinin müdiri Pərviz müəllim Əliyevə, Bakı şəhəri, Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Aparatından Mirvari Dünyamalıyevaya və Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasovaya tədbririn təşkilindəki böyük köməklərinə görə dərin minnətdarlığımızı bildirirk. İcra edilmiş layihənin məqsədi gənc ailələr və onların ailə üzvləri arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etmək olub.

    Tədbirə Goranboy rayonunda yaşayan ailələr və onların ailə üzvləri, orta məktəb müəllimələri, rayonun tibb bacıları, uşaq baxçalarının əməkdaşları, mərkəzin əməkdaşları cəlb olunaraq ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, yoluxmadan və xəstələnmədən qorunmağın yollarını, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması barədə maarifləndirici interaktiv təlimi dinləmiş, təlimin əvvəlində və sonunda qazanılmış biliklərin harada və necə daha səmərəli istifadəsi barədə professional məsləhətlərə qulaq asmışlar. Cəmiyyətin əsas potensialı olan gənc ailələr və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın nə dərəcədə vacib olmamsının elmi yolları barədə məlumatlarla tanış olublar.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR