AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

  • + A
  • - A
  • 1-08-2024, 20:44

    Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik İbrahim Cəfərov Qazaxıstan Aqrar Elmlər üzrə Milli Akademiyanın Rəyasət Heyətinin Qərarı ilə həmin akademiyanın Xarici üzvü kimi akademik seçilib.
    Azadmedia.az məlumat verir ki, bu barədə xəbəri akademik İbrahim Cəfərov özünün şəxsi sosial media hesabında yazıb və sözügedən təltiflə bağlı məktubu paylaşıb.

    Akademik yazıb:
    "Dəyərli dostlar, qardaş Qazaxstandan xoş xəbər var. Aqrar Elmlər üzrə Milli Akademiyanın Rəyasət Heyətinin Qərarı ilə həmin akademiyanın Xarici üzvü kimi akademik seçildim. Xəbəri və rəsmi məktubu bu gün almışam. Mətn burada yerləşdirilmişdir".
    Biz də Azadmedia.az kollektivi olaraq akademik İbrahim Cəfərovu təbrik edir, elmi işlərində yeni uğurlar arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR