Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir
Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.
Azadmedia az bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli yeni tədris ili çərçivəsində ümumi təhsil müəssisələrində məktəbli formalarının tətbiqi ilə bağlı mətbuata açıqlama verərkən bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.