Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" layihəsinin icrası davam edir.
QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uygun 07.08.2024- cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Göygöl rayonundan olan 20 nəfər qadın Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu. Tədbirdə qadın Bələdiyyə üzvlərinə "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzusunda 2 hissədən ibarət təlim keçirildi. Təlimdə layihələrin yazılışı,çərçivə sənədinin (logframe) hazırlanmasıbüdcə əsaslanması kimi mövzulara toxunuldu. Daha sonra mövzu ətrafında müzakirələr aparıldı,təkliflər səsləndirildi. Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar paylanıldı.
Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.