AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT icra etdiyi layihə çərçivəsində Salyan rayonunda sonuncu təlim və sərgi keçirdib - FOTOLAR

  • + A
  • - A
  • 15-08-2024, 19:52

    QHT icra etdiyi layihə çərçivəsində Salyan rayonunda sonuncu təlim və sərgi keçirdib - FOTOLAR


    "Murad" Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi çərçivəsində yekun təlimini və sərgisini 15 avqust 2024-cü il tarixində Salyan rayonunda təşkil edib.


    QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Açılış nitqi ilə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı yanında "Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə" komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova tədbir iştirakçılarını salamladıqdan sonra, rayonda icra olunan layihələrdən və proqramlardan danışıb, həmçinin "Murad" Əlillər İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyəti barədə öz fikirlərini bölüşüb.

    Sonra "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihənin rəhbəri və "Murad" Əlillər İctimai Birliyinin idarə heyətinin sədri, Rəsmiyyə Səmədova çıxış edib. O, layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Səmədova cari layihə çərçivəsində 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin "Murad" Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

    Tədbir, Arif Nəcimovun təqdimatında “Sosial sahibkarlıq (biznes)” mövzusunda çıxışı ilə davam edib. A.Nəcimov təlim iştirakçılarını “Sahibkarlıq ilə Sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın (biznesin) həssas əhali qrupun məşğulluğuna təsiri”, “Sosial sahibkarlıq ilə sosial və ekoloji problemlərin həlli yolları”, “Xarici ölkələrin sosial sahibkarlıq təcrübəsi” və “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti ilə inkişaf etdirilməsi imkanları” mövzularında məlumatlandırıb. Tədbirin 1-ci hissəsi çıxışlarla yekunlaşıb.

    Çay-kofe fasiləsindən sonra tədbirin 2-ci hissəsi təqdim olunmuş mövzular əsasında müzakirələrlə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib. Tədbirdə iştirak edən Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli və Çernobıl Əlilləri Cəmiyyətinin Salyan rayon təşkilatının sədri Abdul Quliyev da Həssas əhali qrupu ilə iş təcrübələrindən və icra etdikləri layihələr haqqında məlumat veriblər.

    Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması və “İştirakçı sertifikatı”nın təqdim olunması ilə yekunlaşıb. Tədbirdən sonra layihənin bağlanışı ilə əlaqədar Salyan və digər rayonlardakı (Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) həssas əhali qrupun istedadlı təlim iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə iştirak edənlər öz əl işləri haqqında tədbir iştirakçılarına məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.

    "Murad" Əlillər İctimai Birliyi gələcəkdə də yeni layihələri hazırlayıb öz tərəfdaşları ilə birlikdə icra etməyi planlaşdırır. Təşkilatın fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün sosial media səhifələrini (https://www.facebook.com/gozel.elilerhttps://www.instagram.com/elillerictimaibirliyi) bəyənib izləyə bilərsiniz. Təşkilatın rəhbərliyi hər bir maraqlı tərəfi əməkdaşlığa və ortaq layihələr hazırlamağa dəvət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR