Xəbər verdiyimiz kimi dünən Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə baş verən silahlı hücum faciə ilə nəticələnib.
Azadmedia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ayşər Çalık Orta Məktəbində 8-ci sinif şagirdinin törətdiyi hücum zamanı 1 müəllim və 8 şagird həyatını itirib.
Hadisə zamanı həyatını itirən müəllimin riyaziyyat müəllimi Ayla Kara olduğu bildirilib. Məlumata görə, o, qəhrəmanlıq göstərərək hücum anında şagirdlərini qorumağa çalışarkən onların önünə keçərək güllələrin hədəfi olub.
Ayla Karanın şagirdlərini qorumaq üçün özünü sipər etməsi faciənin acısını daha da dərinləşdirib.
8-ci sinif şagirdi sonda öz canına qıyıb. Atasının güc orqanlarında işlədiyi bilinən şagirdin 5 silahla məktəbə gəldiyi bildirilir.
Qeyd edilib ki, yaralıların əksəriyyəti xilas olmaq üçün özlərini sinif otaqlarının pəncərəsindən atanlardır. Qatil məktəblinin valideynləri saxlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.