AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş" layihəsi çərçivəsində ilk seminar keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 9-09-2024, 21:45

    "Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş" layihəsi çərçivəsində ilk seminar keçirilib - FOTOLAR


    Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş" layihəsi çərçivəsində ilk seminar 7 sentyabr 2024-cü il tarixində Loqoritmika Reabilitasiya və İnkişaf Mərkəzində keçirilib.

    QHT.az xəbər verir ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan, xüsusən də daun sindorumlu və autizm spektrində olan uşaqları böyüdən ailələrin həyatına müsbət təsir göstərməkdir. Təlimlər vasitəsilə valideynləri gücləndirməyə və bu müstəsna uşaqların ümumi rifahına və inkişafına töhfə verməkdir. Eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına hərtərəfli yanaşmanı vurğulamaq, hər bir uşağın fərdiliyini dərk etmək və onların unikal tələblərinə cavab verməkdir.

    Təlimçi peşəkar psixoloq Vüsalə Əhmədova xüsusi qayğıya ehtiyacı olan uşaqların erkən inkişaf dövrü mövzusunda iştirakçıları məlumatlandırıb. Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablandırıb. Ümumilikdə sentyabr ayı ərzində 8 seminarın keçirilməsi nəzərdə tutulur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR