AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhv karta köçürülən məbləğ polisin operativ müdaxiləsi ilə geri qaytarıldı

  • + A
  • - A
  • 15-09-2024, 14:50

    Səhv karta köçürülən məbləğ polisin operativ  müdaxiləsi ilə  geri qaytarıldı

    Səhv karta köçürülən məbləğ polisin müdaxiləsi ilə tez bir zamanda geri qaytarıldı. Azadmedia.az-ın məlumatına görə hadisə Qaradağ rayonunda baş verib. Məsələni Xəlil Xəlilov Azadmedia Xəbər Portalının təsisçisi Xəlil Xəlilov sosial media hesabında ictimailəşdirərək bu işdə köməyi keçən hər kəsə təşəkkür edib. X.Xəlilovun sözügedən yazısını təqdim edirik:
    "Yaxın qohumum həyacanla pulu həyat yoldaşının kartına göndərmək əvəzinə, rəqəm səhvi edərək başqa karta yollamışdı. Sözün düzü, o qədər kiberdələduzluq hadisəsi ilə rastlaşırıq ki, gedib bankda ərizə yazsa da, puldan əllərini üzmüşdülər.
    Hadisə Qaradağ rayonunda baş vermişdi. Məsləhət üçün DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimova məsələni danışıb yol göstərməsini xahiş etdim. Pul 4 rəqəmli məbləğ idi, xəstəxana üçün idi. O dəqiqə zərərçəkənin Qaradağ RPİ-nin 38-ci polis bölməsinə yaxınlaşmasını tövsiyə etdi. Qohumum gedib ərizə yazdı, qısa vaxtda pulu yanlışlıqla alan kart sahibi ödənişi geri qaytardı.
    Vətəndaş məmnuniyyətini xidmətlərində prioritet hesab edən Qaradağ RPİ-nin 38-ci bölmə rəisi Natiq müəllimə və bizi düzgün istiqamətləndirən, məsələni diqqətdə saxlayan Elbrus İbrahimova qohumlarım və öz adımdan təşəkkür edirəm. Eşq olsun Azərbaycan polisinə!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR