AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antiinhisarın yekun qərarı nə üçün gecikir?

  • + A
  • - A
  • 8-10-2024, 15:26

    Antiinhisarın yekun qərarı nə üçün gecikir?


    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi.

    Məlum olduğu kimi Antiinhisar bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi.

    Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib.

    Görünən dağa bələdçi lazım olmaz deyiblər. Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan Aztelekom minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb.
    Anlamıram ki, Antiinhisara qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi?

    İlin günün bu vaxtında , uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi , "şərikli internet" axtarması utandırıcı bir vəziyyət deyilmi?

    Yox əgər Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı.

    Maraqlıdır ki, Antiinhisarın araşdırmaları uzandıqca təbii inhisar subyekti olan Aztelekom-da da ciddi dəyişikliklərin baş verdiyi bildirilir. Bu isə başqa bir müzakirə mövzusudur.

    Yeri gəlmişkən, bir müddət öncə Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisarın statusu dəyişdirilərək Prezident yanında fəaliyyət göstərəcək quruma çevrilib.
    Görünür ki, yuxarılara da məlumdur ki, əvvəlki statusda olan qurum inhisarçılarla vuruşa bilməyəcək.
    Görək yeni tabeçilyə keçən Antiinhisar nə edə biləcək.

    Prezident tabeliyinə keçən yeni Antiinhisarın yeni rəhbərliyini həm "seçimin məhdudlaşdırılması və kartel sövdələşməsi" ətrafında , həm də Baktelekom və Aztelekom kimi iki inhisarçının birləşərək "vahid bir Aztelekom qurumunun yaradılması" ətrafında Aztelekom-la ciddi bir "vuruşma" gözləyir.
    Hər ay 25 milyon gəlir götürərək getdikcə güclənən bir inhisarçı ilə mübarizə aparmaq da Antiinhisar üçün çətin olacaq.

    Yeni formalaşmış Antiinhisar təbii inhisarçının qərarını ləğv etdirib, internet tariflərilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəkmi ?
    Qeyd: Məqalə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR