BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasında iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, bu təşkilatla birgə alternativ hesabat təqdim etmiş İnsan Hüquqları üzrə Təlim və Tədqiqat ictimai birliyinin nümayəndələri, eləcədə Strateji Kommunikasiya Mərkəzi ictiai birliyinin nümayəndələri Komitə üzvləri üçün keçirdikləri brifinqdə bəyanatla çıxış etdikdən sonra komitə üzvlərinin çoxsaylı suallarını cavabladırmışlar.QHT.az xəbər verir ki, Brifinqdən sonra Komitənin Ermənistan üzrə məruzəçiləri ilə ayrı bir görüş olmuşdur. Görüşə həmçinin onlayn olaraq Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İsgəndərli də qoşularaq bəyanatla çıxış etmişdir. Komitə üzvləri alternativ hesabatlarla tanış olduqlarını bildirmiş, amma bir sıra məsələləri aydınlaşdırmaq üçün müzakirələr apararaq suallar vermişlər. Onlara Qarabağdan köçən ermənilərin tərkibi izah olunmuşdur. Köçənlərin 45 000 nəfərdən artığının Ermənistan hərbiçiləri və onların ailə üzvləri, əhəmiyyətli hissəsinin Suriyadan, Livandan və s. yerlərdən köçürülən ermənilərin olması, qalanların isə vətəndaşlığı qəbul etməmək üçün könüllü olaraq köçməsi diqqətə çatdırlmış, 1988-ci il deportasiyası zamanı Ermənistandan didərgin salınmış azərbaycanlıların icma yaradaraq ana vətənlərinə qayıtmaq istədiklərini, lakin Ermənistan tərəfindən bunun üçün heç bir şəraitin yaradılmaması diqqətə çatdırlmışdır. Ermənistan və işğal edilmiş ərazilərdə dağıdılmış mədəni irs, o cümlədən dini obyektlər, qəbristanlıqlar, muzeylər və s. İrs haqqında statistik məlumatlar həmməruzəçilərin diqqətinə çatdırlmışdır. İşğal altında olan ərazilərdə 30 000 artıq qəbrlərin dağıdılaraq qızıl diş axtarması və s. qeyri-insani hərəkətlər, kütləvi məzar yerləri, girov və əsir götürülmış 3,979 şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl insanlar haqqında Ermənistan tərəfinin heç bir məlumat verməməsi və . s. İrqi zəmində baş vermiş cinayətlərə dair müfəssəl məlumatlar diqqətə çatdırılmışdır. Həbs olunaraq Bakıda saxlanan erməni siyasi və hərbi mənsublu şəxslərin əsir deyil, müharibə cinayətlərində ittiham olunan şəxslər olması barədə faktlara əsaslanan məlumatlar verilib.
Mədəni irsin dağıdılması, yer adlarının dəyişdirlməsi, ekoloji terror aktları, mina terrorunun əsas məqsədinin irqçi yanaşma olması da diqqətə çatdırlmış, 2020-ci ildən sonra mina xəritələrinin verilməməsinin nəticəsi olaraq 382 nəfərin mina qurbanı olması həm brifinqdə, həm də komitənin Ermənistan üzrə məruzəçiləri ilə görüşdə diqqətə çatdırılıb.
Daha sonra Sessiya başlamış və Ermənistan dövrü hesabatını təqdim etmişdir. Ermənistan rəsmi nümayəndə heyətinə verilən sualların əksəriyyətində alternativ hesabatlara istinadlar edilmişdir. Həmməruzəçilərin “Niyə hesabatınızda azərbaycanlılar bərədə məlumat, o cümlədən statistik məlumatlar verilməyib?” sualına Ermənistanın xarici işlər nazirinin cavabı etiraf xarakrerli və yarımçıq olmuşdur. XİN müavini cavab vermişdir ki, “Bəli hesabatda azərbaycanlılara dair heç bir məlumat yoxdur və hesabatın bir hissəsi Azərbaycana həsr olunub, amma çalışmışıq ki, əsasən daxili problemləri və konvensiya üzrə öhdəliklərimizi əhatə edək”.
Sassiya 3 dekabr tarixində işini davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.