İsrailin iki və Taylandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tayland vətəndaşı da azad edilib", - bəyanatda qeyd olunub.
Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılmasına sadiqdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.