Arktikada buzlar rekord sürətlə əriyir – alimlərdən ciddi xəbərdarlıq

Arktikada buzlar rekord sürətlə əriyir – alimlərdən ciddi xəbərdarlıq
Yeni araşdırmaya görə, 2005–2024-cü illərdə Arktikada dəniz buzlarının sahəsinin azalmasının nisbətən ləngiməsi müvəqqəti xarakter daşıyıb. Hazırda qış mövsümündə buz örtüyünün illik azalması müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.
Tədqiqat müəlliflərinin bildirdiyinə görə, Arktikada buzların ərimə tempi qarşıdakı 5–10 il ərzində təxminən iki dəfə sürətlənəcək. Alimlər bunu iqlim dəyişikliyinin təsirlərinin daha da güclənməsi ilə əlaqələndirirlər.
Mütəxəssislər qeyd edirlər ki, Arktikada buz örtüyünün sürətlə azalması qlobal iqlimə, dəniz səviyyəsinə və ekosistemlərə ciddi təsir göstərə bilər. Bu səbəbdən bölgədə baş verən dəyişikliklərin diqqətlə izlənilməsi vacib hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.