ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazındakı gəmilərə hücumları davam etdirəcəyi təqdirdə İranı ölkənin infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib.
Bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bundan sonra İran hər dəfə Hörmüz boğazındakı gəmini raket, pilotsuz uçuş aparatı və ya istənilən digər qurğu, yaxud silah növü ilə atəşə tutacağı zaman ABŞ zərbələr endirəcək və Tehranın yaxınlığında və ya paytaxtda yerləşən obyektlər də daxil olmaqla körpü və ya elektrik stansiyasını məhv edəcək", - Tramp yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.