AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını vurdu

  • + A
  • - A
  • Bu gün, 17:47

    Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını vurdu

    Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını vurdu

    Ukrayna Silahlı Qüvvələri ilk dəfə ABŞ istehsalı olan F-16 qırıcısından istifadə edərək Rusiya hərbi təyyarəsini vurub. Bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Senatın Təxsisat Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

    Generalın sözlərinə görə, son hava döyüşlərindən birində Ukraynaya məxsus F-16 qırıcısı Rusiya qırıcısını məhv edib. O bildirib ki, beynəlxalq tərəfdaşların dəstəyi sayəsində Ukrayna son illərdə çoxpilləli hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib.

    Dinləmələr zamanı Ukraynanın hava hücumundan müdafiəsinin maliyyələşdirilməsinin dayandırılmasının mümkün nəticələri ilə bağlı suala cavab verən Keyn qeyd edib ki, Kiyev öz müdafiə sənayesini sürətlə inkişaf etdirir. Onun sözlərinə görə, bu inkişaf həm "yer-hava", həm də "hava-hava" döyüş imkanlarını əhatə edir.

    Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri iyulun əvvəlində şərq istiqamətində Rusiyaya məxsus Su-35 çoxməqsədli qırıcısının məhv edildiyini açıqlamışdı. Həmin vaxt təyyarənin hansı silahla vurulduğu barədə məlumat verilməmişdi.

    Ukrayna F-16 qırıcılarından ilk dəfə 2024-cü ilin yayından istifadə etməyə başlayıb. Məlumatlara görə, hazırda Ukraynanın sərəncamında Niderland və Danimarka tərəfindən təhvil verilmiş təxminən 39 F-16 var. Bundan əlavə, Norveç daha 6, Belçika isə 53-ə qədər F-16 təqdim etməyi planlaşdırır. Bu plan reallaşarsa, 2030-cu ilədək Ukraynanın arsenalında 98 F-16 qırıcısı ola bilər.

    Bu təyyarələr əsasən Rusiyanın "Kalibr" və X-101 qanadlı raketlərinin, eləcə də "Geran-5" pilotsuz uçuş aparatlarının qarşısının alınması üçün istifadə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR