AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail naziri: Türkiyə ilə müharibə "sabah başlaya bilər"

  • + A
  • - A
  • Dünən, 20:56

    İsrail naziri: Türkiyə ilə müharibə "sabah başlaya bilər"

    İsrail naziri: Türkiyə ilə müharibə "sabah başlaya bilər"

    İsrailin diaspor məsələləri naziri Amihay Şikli Türkiyədən qaynaqlanan təhlükənin artdığını iddia edib.

    Nazirin sözlərinə görə, İsrail və Türkiyə arasında dənizdə birbaşa hərbi qarşıdurma artıq qeyri-mümkün ssenari deyil və belə bir hadisənin "hətta sabah səhər baş verməsi" ehtimalı var.

    Şikli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsraili sərt tənqid etdiyinə görə "fanatizmdə" ittiham edib. O, həmçinin iddia edib ki, vaxtilə İsrail Ərdoğanın həyatını xilas edib və onun müalicəsi üçün israilli həkim göndərib.

    İsrail naziri çıxışında Ərdoğanı "diktator" adlandırıb və onu "Hitlerlə Sinvarın birləşməsi" kimi xarakterizə edib.

    Qeyd edək ki, bu açıqlamalar İsrail rəsmisinin fikirləridir. Türkiyə tərəfi xəbərlə bağlı hələlik rəsmi münasibət bildirməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR