Çin orbitə doqquz peyk çıxarıb

Çin orbitə doqquz peyk çıxarıb
Çin Yerin məsafədən zondlanması üçün nəzərdə tutulmuş doqquz peyki uğurla orbitə çıxarıb.
Çinin Xinhua agentliyinin məlumatına görə, buraxılış iyulun 22-də saat 10:54-də Şanxay sahilləri yaxınlığındakı dəniz platformasından Gravity-1 (Yinli-1) daşıyıcı raketi ilə həyata keçirilib.
Məlumata əsasən, raket Dongpo, Xiguang və Tianyi seriyalarına aid doqquz peyki nəzərdə tutulan orbitlərə çatdırıb. Peyklər Yerin məsafədən zondlanması məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, Çin son illərdə milli kosmik proqramını sürətlə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peyklərinin hazırlanması ilə yanaşı, Ayın tədqiqi, asteroid və Mars missiyaları üzrə layihələr həyata keçirir. Hazırda orbitdə fəaliyyət göstərən Çin kosmik stansiyası beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.