AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafında Müəllimlərin Rolu” mövzusunda KONFRANS təşkil edilib

  • + A
  • - A
  • Bu gün, 12:26

    “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafında Müəllimlərin Rolu” mövzusunda KONFRANS təşkil edilib


    3 fevral 2025-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Biriyi Naxçivan Tehsil Nazirliyi ilə əməkdaşlığı və Şərqdə Dayanıqlığın qurulması (BREN) təşkilatının dəstəyi nəticəsində Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin konfrans zalında “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafında Müəllimlərin Rolu” mövzusunda Konfrans təşkil edilib. Konfransda 50-dən çox müəllim, təhsil idarələrinin əməkdaşları iştirak edib.
    Konfransın əsas məqsədləri, dövlətin ekoloji təhsil sahəsindəki strategiyalarını və layihələrini müzakirə edərək, uşaqların və gənclərin ekoloji məsuliyyətli və təbiətə dost yanaşmalarını formalaşdırmağa yönəlmiş müxtəlif proqramları önə çıxarmaqdır. Bu cür təşəbbüslər ekoloji davamlılığın təmin edilməsinə və gələcək nəsillərə daha sağlam bir mühitin miras qalmasına kömək edəcəkdir.
    Tədbiri açılış nitqi ilə Naxçıvan MR Təhsil Nazirliyinin şöbə müdiri Ayşən Əsgərova açaraq bu layihənin icrası, onun verdiyi töhfədən bəhs etmiş, həmçinin icra edilən layihənin gedişatı barədə layihə rəhbəri Kəmalə Aşumova aparılan fəaliyyətlər haqında məlumat verdilər. Həmçinin tədbirə xüsusi dəvət edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent @Radif Mus Radif Mustafayev “Azərbaycanda ekoloji düşüncənin formalaşdırılmasının əhəmiyyəti: Milli siyasətə uyğunluq və perspektivlər”, AMEA-nın Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova “Azərbaycanda ekoloji təhsilin rolu və əhəmiyyəti: Davamlı İnkişaf naminə yeni yanaşmalar” haqqında bəhs etmiş, həmçinin layihənin eksperti, Dayanıqlı inkişaf və kommunikasiya üzrə eksperti Lİya Bayramova və “İqlim Dəyişikliyinin Uşaqların və Gənclərin sağlamlığına təsiri”, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədr müavini Sənan Ağayev “Dayanıqlı ekoloji layihələrin təşkilində müəllimlərin rolu” mövzusunda məruzələrlə çıxı etmişlər.
    Sonda konfrans iştirakçıları ekoloji savadlılığın vacibliyini və əhəmiyyətini bir daha vurğulayaraq öz təcrübələrindən irəli gələrək təəssüraftları bölüşdülər.

    Beləki, Ümidli Gələcək STİB 2024-cü ilin iyun ayından etibarən COP29 gündəliyinə töhfə olaraq Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil üçün Bacarıqların İnkişafı” adlı layihəsinin icrasına başlamışdır.

    Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan qızların davamlı inkişaf prinsipləri üzrə maariflənməsinin və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədini daşıyır. Beləki, dünyanın bir çox yerlərində qızların və qadınların bu məsələlərlə bağlı təhsili və məlumatlılığın məhdudluğunu nəzərə alınaraq yerinə yetirilir. Qızların davamlı inkişaf və iqlim məsələləri ilə bağlı maarifləndirilməsinin vacibliyi nəzərə alınaraq aparılır. Naxçıvanda MR-da fəaliyyət göstərən Qızlar Məktəbində təhsil alan qızlar layihə müddətində mühüm ekoloji problemlər haqqında məlumatlanır, eyni zamanda ekoloji fəaliyyətlərə qoşulmağa təşviq olunur.

    Layihədə iqlim dəyişikliyi, resursların qorunması, davamlı həyat təcrübələri və biomüxtəlifliyin əhəmiyyəti kimi əsas mövzuları əhatə olunur. Gənc qızlara uyğunlaşdırılmış hərtərəfli və interaktiv kurikulumun hazırlanması, qızları effektiv şəkildə cəlb etmək üçün sinifdə öyrənmə, interaktiv seminarlar və intensiv iki həftəlik kursların təşkili məsələləri yer alır. Həmçinin proqramın davamlılığını təmin etmək üçün orta məktəb və yerli təhsil müəssisələrindən seçilmiş bir qrup müəllim və təlimçilər üçün təlimlərin təşkili, yerli icmalarda ekoloji maarifləndirməyə dair tədbirlərin keçirilməsi və məktəbdə Ekoloji otaq da yaradılmışdır.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR