AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏRB-2025 HƏRBİ TƏLİMLƏRİ BAŞA ÇATIB

  • + A
  • - A
  • Bu gün, 15:22

    QƏRB-2025 HƏRBİ TƏLİMLƏRİ BAŞA ÇATIB

    Rusiya və Belarus minlərlə hərbçinin iştirakı ilə keçirilən və Qərbdə narahatlıq doğuran birgə hərbi təlimi başa çatdırıb.“Qərb-2025” adlanan təlimlər Sentyabrın 12 də başlayıb və Sentyabrın 16-na dək davam edib.Təlimlərin əsas məqsədi Moskva ilə Minsk arasında yaxın müdafiə əlaqələrini nümayiş etdirmək, eləcə də Ukraynada 3 ildən çox davam edən müharibə fonunda Rusiyanın hərbi gücünü göstərmək olub.

    Belarus Müdafiə Nazirliyinin məlumatına görə, uzun fasilədən sonra ilk dəfə Qərb müşahidəçiləri təlimlərə dəvət edilib və ABŞ da daxil olmaqla NATO ölkələrindən üç nəfər gəlib.Təlimlər Rusiya dronlarının Polşa hava məkanına daxil olmasından sonra baş tutub. Bu hadisə Ukraynadakı münaqişənin daha genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı köhnə qorxuları gücləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR