BMT İSRAİLİ SOYQIRIMINDA İTTİHAM EDİR
BMT-nin araşdırma komissiyası İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini bəyan edib. Komissiyanın yeni hesabatında qeyd olunur ki, 2023-cü ildə HƏMAS-la müharibənin başlanmasından bəri beynəlxalq hüquqda göstərilən beş soyqırım aktından dördünə dair əsaslı sübutlar var. qrup üzvlərinin öldürülməsi, onlara ciddi fiziki və psixoloji zərər vurulması, qrupun məhvini hədəfləyən həyat şəraitinin yaradılması və doğumların qarşısının alınması.
Hesabatda İsrail liderlərinin bəyanatları və ordunun əməliyyatları soyqırım niyyətinə dəlil kimi göstərilib.Komissiya iddia edir ki, İsrail rəhbərliyi və ordusunun əməlləri dövlətin üzərinə soyqırımı törətməmək, onun qarşısını almaq və günahkarları cəzalandırmaq öhdəliyini qoyan 1948-ci il Soyqırım Konvensiyasına ziddir.
BMT həmçinin xəbərdarlıq edir ki, digər ölkələr də bu konvensiya çərçivəsində soyqırımın qarşısını almaq və cəzalandırmaq üçün dərhal tədbirlər görməlidir. Qeyd edək Hazırda Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı soyqırım iddiası üzrə işə baxılır. İsrail isə bu iddianı “tamamilə əsassız” və “qərəzli” sayır. İsrail Xarici İşlər Nazirliyi BMT-NİN komissiyasının bhazırladığı sənədi “saxtalaşdırılmış və yalan” adlandıraraq qətiyyətlə rədd edib. Nazirliyin sözçüsü komissiyanın üç ekspertini “HƏMAS-ın əlaltısı” olmaqda ittiham edib və onların “dezinformasiyalara” əsaslandığını bildirib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücumu zamanı təxminən 1200 israilli öldürülüb, 251 nəfər isə girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzaya genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Qəzza zolağının HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, əməliyyatlar nəticəsində indiyədək Qəzzada 64 min 905 nəfər həlak olub.