Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür
Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir. Bu birlik özündə 170 ölkədən 1150-dən çox təşkilatı birləşdirir. Bu Günün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə cəlb etmək, onkoloji xəstəliklərin təhlükəli olub, çox geniş yayılmasını xatırlatmaqdır.Azadmedia.az Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrah-onkoloqu Mehdi Mecidovun xərçənglə bağlı fikirlərini təqdim edir:
- Xərçəngin ən geniş yayılan növləri hansılardı?
Xərçəngin 100-ə yaxın növü var ki, orqanizmin istənilən hissəsində əmələ gələ bilər. Bunların arasında ən geniş yayılmışları hockin limfoması, beyində şiş, melanoma, yumurtalıq, qalın bağırsaq, mədə, ağ ciyər, böyrək, sidik kisəsi və prostat xərçəngləridir.
- Xərçəng necə yaranır?
Xərçəng hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması nəticəsində yaranır ki, bu da metastaz adlanır. Xərçəngdən ölüm hallarına səbəb olan da elə metastazlardır. Şişlər həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir.
- Şüa terapiyası nə üçün vacibdir?
Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə onkoloji xəstələlərin 70%-nə şüa terapiyası zəruridir. Şişlərin əmələ gəlməsi ilkin mərhələdə aşkarlanarsa, xəstəlik terapiyaya tabe olur. Cərrahi müdaxilə ilə də xəstəliyi sağaltmaq mümkündür. Müəyyən olunub ki, məlum kanserogenlərin müxtəlif növləri ilə, o cümlədən tütün tüstüsü ilə kontaktdan çəkinməklə xərçəng xəstəliyinə tutulma hallarının qarşısını almaq olar.
Nəzərə alaq ki, tibb sahəsi daim inkişafdadır, şiş xəstəlikləri ilə mübarizədə də ilbəil yeni metodlar həyata keçirilir. Zərərli vərdişlərdən yayınmaq, günəş şüaları altında çox qalmamaq və fəal həyat tərzi bu xəstəliyin profilaktikasında başlıca yer tutur.
Unutmayaq ki, vaxtında aparılan həkim müayinəsi ilə aşkarlanan xərçəngin qarşısını almaq hər zaman mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.