Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Mənə işıq göstər” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Şamaxı şəhərində baş tutub.
Azadmedia.az QHT.az xəbər verir ki, tədbirdə layihə üzrə xüsusi təlim almış yaşlı təlimçilər erkən nikahın tibbi, psixoloji və sosial fəsadları ilə bağlı yerli icma nümayəndələri ilə bilik və təcrübələrini bölüşüblər. Görüş interaktiv formada təşkil olunub, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi və açıq müzakirələr aparılıb.
Yaşlı nəsil nümayəndələrinin yolgöstərən rolu bu layihənin əsas dayaq nöqtəsidir. Şamaxıdakı görüşdə də təlimçilər öz həyat təcrübələrinə əsaslanaraq, gənclərlə və valideynlərlə səmimi ünsiyyət qurub, ailə qurmağa dair sağlam və şüurlu yanaşmanın əhəmiyyətini vurğulayıblar.
QHT tədbirin təşkilində göstərilən dəstək üçün Şamaxı Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirilib.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.