Türkiyənin cənub-qərbindəki Manisa vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
Dənizli vilayətindən Balıkəsir vilayətinə gedən avtobus idarəetmədən çıxıb.
Qəzaya uğrayan avtobusda olan 18 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.