AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb

  • + A
  • - A
  • Bu gün, 14:00

    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb

    Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabarrov "X" sosial şəbəkə hesabında yazıb.

    "Bu zəngin irsin qorunması və ölkəmizin enerji imkanlarının genişləndirilməsində neftçilərimizin peşəkarlığı və fədakarlığı xüsusi əhəmiyyət daşıyır", - o qabardıb.

    M. Cabbarov Azərbaycanın neftçilərini peşə bayramı münasibətilə təbrik edib:

    "Bütün neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq".

    Xatırladaq ki, 32 il öncə - 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycanın gələcəyini müəyyənləşdirən, ölkəni dünya enerji xəritəsində aparıcı oyunçulardan birinə çevirən "Əsrin müqaviləsi" imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix - 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR