AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

  • + A
  • - A
  • 10-05-2026, 10:30

    Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

    Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

    Bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndəriləcək.

    Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.

    Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

    6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.("Report" )


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR