Bakı–Ağstafa marşrutuna əlavə qatar reysləri təyin edildi

Noyabrın 14-dən 30-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə həftəsonları əlavə qatar reysləri təşkil olunacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, əlavə qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik reyslər də davam etdirilir.
Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.