AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı və Moskva sənaye və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 11:11

    Bakı və Moskva sənaye və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
    Bakıda Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

    Görüş Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Roman Çekuşov və Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun iştirakı ilə baş tutub.

    Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Görüş zamanı Rusiya-Azərbaycan əməkdaşlığının sənaye və ticarət sahələrində genişləndirilməsi imkanları, eləcə də iqtisadi əlaqələrin gələcək inkişafı üçün mümkün addımlar nəzərdən keçirilib.

    Tərəflər Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün ciddi potensialın olduğunu vurğulayıblar. Həmçinin qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.

    Söhbət zamanı maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məsələlərinə də toxunulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR