İsrail hakimiyyəti İranı kimyəvi silah hazırlamaqda və bu silahı İsrailə, eləcə də regionun digər ölkələrinə qarşı istifadə etməyi planlaşdırmaqda şübhəli bilir.
İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah hazırlığı apardığını iddia edib. Bu barədə Ynet portalı məlumat yayıb.
Katsın sözlərinə görə, İsrail və ABŞ İranın bu istiqamətdə fəaliyyətindən xəbərdardır və Tehranın belə bir hərbi potensial əldə etməsinə imkan verilməyəcək.
Nazir bildirib ki, İranın kimyəvi silah hazırlamaq qərarının arxasında İsrail və ABŞ ilə əvvəlki iki qarşıdurmanın nəticələri dayanır.
Onun iddiasına görə, Vaşinqton və Təl-Əviv bu barədə kəşfiyyat məlumatlarına artıq bir müddətdir ki, malikdir. İsrail hakimiyyəti isə İranın kimyəvi silah yaratmasının və bu silahı əməliyyat istifadəsinə hazır vəziyyətə gətirməsinin qarşısını almaq niyyətindədir.
Qeyd edək ki, İranın kimyəvi silah hazırladığına dair iddialar İsrail rəsmiləri tərəfindən səsləndirilib. Məlumatın müstəqil təsdiqi barədə xəbərdə əlavə sübut təqdim olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.