ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə şəxsi dostluq münasibətlərinə görə NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurmaya imkan verməyəcək. Bu fikri Genuya Universitetinin professoru Paolo Bekki sosial şəbəkə X-dəki hesabında paylaşıb.
“Tramp hakimiyyətdə olduğu müddətdə NATO ilə Rusiya arasında müharibə olmayacaq. Çünki Tramp Putinin əsl dostudur və bunu hər fürsətdə nümayiş etdirir”, – deyə professor bildirib.
Noyabrın 22-də Tramp Truth Social sosial şəbəkəsində Vladimir Putinlə əl sıxarkən çəkilmiş fotosunu paylaşıb. O, şəklin üzərinə “Mənim dostum” sözlərini yazıb.
Bundan əlavə, Tramp mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putini və Çin lideri Si Cinpini dost adlandırdığına görə onu tənqid edənləri “axmaq” adlandırıb.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Andrey Klimov isə ABŞ prezidentinin Putinlə bağlı fikirlərinə ehtiyatla yanaşmağa çağırıb. Onun sözlərinə görə, Tramp “dost” sözündən hətta anqlo-sakson mədəniyyətində qəbul ediləndən də sərbəst istifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.