AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndi növbə Səninidir, əziz tələbə...

  • + A
  • - A
  • 23-04-2021, 20:42

    İndi növbə Səninidir, əziz tələbə...

    ADAU-nun rektoru, professor İbrahim Cəfərov şəxsi facebook səhifəsindən tələbələrə müraciət edib, onları pandemiya dövründə daha məsuliyyətli olmağa və yaşadıqları rayonlarda təcrübə keçməsə səsləyib. Azadmedia.az rektorun müraciətini təqdim edir:
    "Əziz tələbələr, pandemiya ilə bağlı yaranmış vəziyyətə görə artıq 3 semestrdir ki, dərslərimiz online olaraq davam edir. Yaranmış situasiyada bundan məqbul variant yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, aqrar yönümlü ixtisaslarda praktik vərdişlərin öyrədilməsi çox vacibdir və təbii ki, online yolla keyfiyyətli bir laboratoriya dərsi keçmək, hansı isə əllə fərdi qaydada ediləcək hərəkəti idarə etmək mümkünsüzdür.Bu nöqteyi nəzərdən tələbələrin özlərinin üzərinə böyük məsuliyyət düşür. Bu gün dövlətimizin prioritet elan etdiyi aqrar sahə sürətlə inkişaf edir.Rayonlarımızda Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri fəaliyyət göstərir, yüksək səviyyəli fermer təsərrüfatları, aqro parklar mövcuddur. Hər bir tələbə yaşadığı rayonda, kənddə bu imkanlardan yararlanmalı və həm heyvandarlıq, həm də bitkiçilik sahələrində pandemiya ilə bağlı qoyulmuş qaydalara əməl etməklə, öz ixtisasına uyğun məsələləri öyrənməlidirlər. Vegetasiyanın başlanğıcıdır, dənli-taxıllar suvarılır, pambıq, günəbaxan, çuğundur və s. səpilməyə başlayır, üzüm plantasiyalarında, meyvə bağlarında iş canlanır. İndi növbə Səninidir, əziz tələbə...".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR