ADAU-nun rektoru İbrahim Cəfərov şəxsi facebook səhifəsindən tələbələrə müraciət edərək onları narahat olmamağa səsləmiş, yeni qaydalarla təhsilə davam etmələrini tövsiyə etmişdir.
Azadmedia.az rektorun müraciətini təqdim edir:
"Əziz birinci kurs tələbələri, bu günlər hər birimiz Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsini qeyd edir, millət olaraq, xalq olaraq, qalib dövlət olaraq qürurlu günlərimizi yaşayırıq. Eyni zamanda pandemiya şəraitində fəaliyyət göstərir və işləyirik. Vəziyyətlə əlaqədar Sizin də bütün universitetə qəbul proqramlarınız və bu gün dərsləriniz online olaraq davam edir. Bu bizi narahat etməməli, yeni tədris şəraitinə uyğunlaşmalı, dərslərimizə davam etməliyik. Azca imkan yaranan kimi Sizlərlə doğma universitetdə görüşəcəyik. Hər şey daha gözəl olacaqdır, Vətən müharibəsində məkrli düşmən üzərində qazandığımız parlaq qələbə hər birimizə əlavə güc verir. Tədrisdə və təhsildə uğurlar arzusu ilə Sizin rektor".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.