AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib

  • + A
  • - A
  • 7-05-2021, 21:18


    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda onlayn konfrans keçirilib.

    Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Ulu Öndər H. Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində təmin edilib. Vətən müharibəsindəki qələbəni bir daha diqqətə çatdıran İbrahim Cəfərov, qələbənin Heydər Əliyev tərəfindən başladılmış uğurlu siyasət və ordu quruculuğunun cənab Prezident İlham Əliyev tərəfindən uğurlu davamının bariz nəticəsi olduğunu deyib.

    İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək, Azərbaycanın bu gün çiçəklənən, firavan həyatını məhz Ulu Öndər Heydər Əliyevə borclu olduğunu qeyd edib.

    Daha sonra Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, Marketinq kafedrasının baş müəllimi Aytəkin Bağırova çıxış edərək Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqda çıxışlar ediblər.

    Sonda tələbələrdən Ülviyyə Qəhrəmanova, Əli Əliyev, Nərmin Qurbanova, Tamara Xan-Xoyskaya ingilis və rus dillərində çıxışlar ediblər.

    Ətraflı: https://bit.ly/33qvjeo





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR