Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı artıq Azərbaycandadır.
Bu barədə diplomat “Twitter” hesabında yazıb.
“Yeni bir vəzifə üçün səfərdəyik. Allah hər işimizdə doğruluq nəsib etsin, yolumuzu və əməlimizi xeyir etsin, bərəkətli və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”, - deyə C.Bağçı yazıb.
Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri paylaşımında “CanAzərbaycan” həştəqindən istifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.