Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün Azərbaycan Texniki Universitetində (AzTU) qəbul edilən Kompleks Qayğı Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir.
AzTU-nun bir qrup tələbə və əməkdaşının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının övladlarını ziyarət etməsi də Kompleks Qayğı Proqramının bir hissəsidir. Şəhid məzunlar - Elçin Əzizovun oğlu Yusif və Aslan Rzayevin oğlu Altayı ziyarət zamanı 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində ordumuzun şanlı tarix yazdığı vurğulanıb. Qeyd olunub ki, şəhid övladları öz ataları ilə hər zaman qürur duymalıdır. Çünki, onların atalarının adı tariximizin qəhrəmanlıq səhifəsinə əbədi həkk olunub. O da vurğulanıb ki, AzTU-da şəhid məzunların əziz xatirəsi hər zaman ehtiramla yad edilir.
Ziyarət zamanı şəhidlərin Fəxri diplomları ailələrinə təqdim olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.