Ötən həftə Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azadmedia.az-a bildirib ki, bu, 2019-cu illə müqayisədə 2 dəfəyə qədər azalma deməkdir.
B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı haqda da danışıb:
"Adıçəkilən stansiyada orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşınıb". Metropoliten sözçüsü bildirib ki, pandemiyasız həyat tam normaya düşəndən sonra yeni açılan stansiyanın sərnişinlırinin sayını dəqiq demək olacaq.
Qeyd edək ki, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir. B.Məmmədov azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.