AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəstəni çatdırdı, özü həyatını itirdi

  • + A
  • - A
  • Bu gün, 11:28

    Xəstəni çatdırdı, özü həyatını itirdi

    Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov vəfat edib.

    Məlumata görə, İ.Məmmədov yol gedərkən ürəyində ağrı hiss edib. O, həkim briqadasına xəstənin yanına çatdıracağını və ağrıya dözəcəyini bildirib.

    Sürücü briqadanı xəstənin yanına çatdırdıqdan sonra ürəktutması keçirib və sükan arxasında həyatını itirib.

    Həkimlər xəstəyə tibbi yardım göstərdikdən sonra avtomobilə qayıdaraq sürücünün vəfat etdiyini görüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR