AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQRAR UNIVERSITETDƏ “AZƏRBAYCAN – TÜRKIYƏ DOSTLUĞU: ŞUŞA BƏYƏNNAMƏSI ZƏFƏR TARIXIMIZIN SIYASI ZIRVƏSIDIR” ADLI KONFRANS KEÇIRILIB

  • + A
  • - A
  • 23-06-2021, 07:34


    Konfransı giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün də öz ənənəsinə sadiq qalır. Rektor xüsusi vurğulayıb ki, müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması deməkdir.
    Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk çıxış edərək Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. O, Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
    Sonra Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın “Tarix” kafedrasının müdiri, t.ü.f.d. dosent Firdovsiyyə Əhmədova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai birliyinin sədri, t.ü.f.d, dosent Radə Abbas, Millət vəkili Naqif Həmzəyev, Türkiyə-Azərbaycan Dərnəklər Dostluğu Federasiyasının Dil Tarixi bölməsinin rəhbəri Seyfettin Ayakyay, ADAU-nun “İctimai elmlər və multikulturalizm kafedrası”-nın müdiri, professor Azad Bayramov və AMEA-nın “Çöl tədqiqatları” şöbəsinin müdiri t.ü.f.d.dosent Təvəkkül Əliyev Şuşa Bəyənnaməsinin tarixi, siyasi, iqtisadi və mədəni əhəmiyyəti haqqında danışaraq qeyd ediblər ki, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR