AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DMX qəhrəman şəhidlərimizin övladları üçün yeni layihəyə təşkilatçılıq edəcək

  • + A
  • - A
  • 25-06-2021, 22:32


    Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və For Azerbaijan beynəlxalq təşkilatının dəstəyi ilə Qəhrəman şəhidlərimizin övladları üçün QALİBLƏR DÜŞƏRGƏSİ tezliklə fəaliyyətə başlayacaq. Bu barədə Azadmedia.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elnur Kələntərov məlumat verib. Layihə haqqında çox danışmaq istəmədiyini bildirən E.Kələntərov qeyd etdi ki, zaman-zaman layihə haqqında məlumatlar paylaşılacaq.
    DMX sözçüsündən onu da öyrəndik ki, Layihənin Təşkilat Komitəsinin sədrinin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovdur. Duşərgənin əməliyyat komitəsinin rəhbəri E.Kələntərovdur. Elnur müəllim Layihənin Əməliyyat komitəsinin rəhbəri olaraq bu layihədə iştirakından qürur duyduğunu bildirdi.
    Ətraflı linklərə daxil olub izləyə bilərsiniz.
    https://fb.watch/6lzlYNrtTR/
    https://forazerbaijan.org/camp/
    Azadmedia az ailəsi olaraq biz də bu gözəl layihə münasibətilə əməyi keçən hər kəsə təşəkkür edir, nəcib, xeyirxah işlərində uğurlar arzulayırıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR