AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azyaşlı uşaqların hüquqlarının pozulması və müvafiq qanuni tədbirlərin görülməsi təcrübəsi müzakirə edilib

  • + A
  • - A
  • 2-08-2021, 19:06


    Avqustun 2-də Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda Seminar-Müşavirə keçirilmişdir.
    Baş prokurorun müavini Elmar Camalovun sədrliyi ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Səhiyyə nazirliklərinin, Ailə Qadın və Uşaq Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərinin İH və Abşeron RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyaları, həmin rayonların cinayət təqibindən kənar məsələlər üzrə fəaliyyət göstərən prokuror köməkçiləri iştirak etmişlər.
    Seminar-müşavirə qarışıq, yəni birbaşa və videoformat rejimlərində iştirak formatında keçirilmişdir.

    Seminar-müşavirədə bir illik fəaliyyəti ərzində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aşkar olunmuş və araşdırılmış azyaşlı uşaqların hüquqlarının pozulması və müvafiq qanuni tədbirlərin görülməsi təcrübəsi müzakirə edilmişdir.

    Tədbir zamanı sosial təhlükədə olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli ekspert qurum olan icra hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyalarının sədrləri - icra hakimiyyəti başçılarının müavinləri və komissiyanın məsul katibləri görülmüş işlər, habelə prokurorluq orqanları ilə birgə əməkdaşlığın müstəsna rolundan bəhs etmişlər.

    Tədbir zamanı uşaqların həyatına valideyn və kənar şəxslər tərəfindən edilən qəsdlər, onların həyatı və sağlamlıqları üçün təhlükə törədən hallar aşkarlandıqda prokurorluq orqanları tərəfindən əlaqələndirilmiş şəkildə həyata keçirilmiş tədbirlər, o cümlədən sorğuların verilməsi, lazımi sənəd və məlumatların toplanması, ekspertizaların keçirilməsi, analiz və rəylərin alınması proseduru seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

    Prokurorluq orqanlarının daxili işlər, sosial təminat, səhiyyə və ədliyyə orqanları, xüsusilə də, yerli icra hakimiyyəti orqanları ilə son dövrdə formalaşan əməkdaşlığının, hüquqları pozulmuş uşaqların müdafiəsi məqsədilə vaxtında lazımi tədbirlərin görülməsinin, o cümlədən bu cür hərəkətlərə yol verən valideynlərə qarşı prokurorluq tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması və alimentlərin alınmasına dair mülki iddiaların qaldırılmasının və həmin iddiaların haqlı olaraq məhkəmələr tərəfindən təmin olunmasının əhəmiyyətindən bəhs edən tədbir iştirakçıları bu səpkidə olan görüşlərin ölkəmizdə uşaq hüquqlarının qorunması, onların məişət zorakılığının qurbanlarına çevrilməsinin qarşısının alınması işində mühüm əhəmiyyət kəsb edəcəyindən əminliklərini bildirmişlər.

    Tədbirin yekununda iştirakçılar qarşılıqlı əməkdaşlığın daimi fəaliyyətdə olan formata salınması ilə bağlı yekdil fikirlərini ifadə etmişlər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR