AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Antalya şəhərində Vətən Müharibəsi iştirakçısı olan Mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək

  • + A
  • - A
  • 3-08-2021, 23:48


    Türkiyənin Antalya şəhərində Vətən Müharibəsi iştirakçısı olan Mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək.
    Bu addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi kollektivinin təşəbbüsü ilə gerçəkləşib.Kollektiv meşə yanğınlarından əziyyət çəkən Türkiyəli qardaşlarına dəstək məqsədilə bir ilkə imza atıb. Onlar Türkiyənin Ormanlar Bakanlığının hesabına topladıqları pul məbləğini köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib.Həmin vəsaitə son vətən müharibəsində şəhid olan Mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün vəsait köçürüblər.Təşəbbüs qardaş ölkədə məmnuniyyət qarşılanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR