AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Plastiklərin qadağan olunması mövzusunda debat turniri keçirilib

  • + A
  • - A
  • 4-08-2021, 11:21


    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər” və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yer üzərində həyat" debat turniri keçirilib.

    Turnirin məqsədi xüsusi əhəmiyyət daşıyan mövzunun gənclər tərəfindən debat və natiqlik bacarıqları vasitəsilə araşdırılması, məlumatlılığın artırılması, müxtəlif mövqelərdən təhlil olunması və əsaslandırılmasıdır.

    Debat turnirinin açılış mərasimində “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin sədri Ülviyyə Axundova, "Gənc Səfirlər" Proqramının layihə koordinatoru Zərifə Xəlilova, gənc səfirlər və debatçılar iştirak edib.

    Mərasimdə çıxış edən Ülviyyə Axundova debatın cəmiyyətdə aktuallıq kəsb edən məsələlərə gənclər vasitəsilə təhlil olunmasına yaratdığı şəraiti, DVC təşkilatının dövlət və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələri qeyd edib və mövzunun əhəmiyyətini vurğulayıb.

    "Gənc Səfirlər" Proqramının layihə koordinatoru Zərifə Xəlilova plastik və polietilen məhsullarının məişətdə istifadəsi zamanı yaranan təsirlərdən, gənclər arasında plastik və polietilen məhsullar haqqında maariflənmə işlərinin əhəmiyyətindən və cəmiyyətin bu mövzudakı sosial məsuliyyətindən danışıb.

    Daha sonra “Gənc səfirlər” Dayanıqlı İnkişaf Məqsədləri barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıblar.

    Mərasimdən sonra 6 ali təhsil müəssisəsindən olan komandaların iştirakı ilə karantin qaydaları çərçivəsində “Plastik məhsulların istifadəsi qadağan olunmalıdır” mövzusunda debat turnirinin qrup, yarımfinal və final oyunları keçirilib. Turnirin ən yaxşı natiqləri, finalçıları və qalibləri isə 10 avqust tarixində keçiriləcək tədbirdə mükafatlandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR