ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində olub.
Tədbirdə TƏBİB -in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri t.e.d. Emil İskəndərov və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan da iştirak edib.
“PROACT-Training” layihəsi çərçivəsində səfir Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış Təlim Mərkəzindəki şərait və iş prosesi ilə yaxından tanış olub. Şəki Təlim Mərkəzində 550 nəfərdən çox tibb işçisinin təlimlərdən keçirilməsi barədə səfirə məlumat verilib.
Səfir Təlim Mərkəzinin fəaliyyətindən razılığını bildirib və kollektivə uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.