AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaq tərbiyə müəssisəsində təlim-tədris kursları həyata keçirilir

  • + A
  • - A
  • 10-08-2021, 13:00


    2021-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşəbbüsü və dəstəyilə nəticəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Baku Book Center ilə əməkdaşlıqda Ümidli Gələcək STİB-i PASHA Holding LLC və PASHA Travel, Azerbaijan şirkətlərinin maliyyə dəstəyilə cəmiyyətimizin həssas təbəqəsi olan uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələrin hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, habelə uşaqların sosial adaptasiyası məqsədilə onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə təlim-tədris kurslarının həyata keçirilməsi layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi uşaqların sosial-psixoloji reabilitasiyası ilə yanaşı gələcəkdə cəmiyyətə reinteqrasiyalarını asanlaşdrımaqla həyatlarında müsbət dönüş yaratmağa sövq etməkdir.

    Sosial-psixoloji tədbirlər silsilə formasında qrup işləri və fərdi seanslar şəklində davam etdirilir. Bununla yanaşı uşaqlarla fəaliyyət üçün ayrılmış futbol üzrə məşqçi tərəfindən uşaqalrın fiziki inkişafı və idmana həvəsləndirilməsi həyata keşirilir, həmçinin uşaqlara peşə fəaliyyəti ilə yanaşı Bərbərlik kursu fəaliyyətə başlamışdır. Bu cür tədbirlərin davamlı olması müəssisə sakinlərinin emosional vəziyyətlərinin yüngülləşdirilməsi, fərdlərarası və müəssisə əməkdaşları ilə effektiv ünsiyyətin qurulması, onların özünüqiymətləndirməsi, özünəinamın artırılması istiqamətində, həmçinin reabilitasiya və reinteqrasiya proseslərinin təşkilinə böyük töhfə verəcəkdir.
    Layihə çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən və eləcə də gənc nəslin bədii-estetik düşüncəsinin zənginləşdirilməsi məqsədilə müəssisə daxilində müasir tələblərə uyğun Kitabxananın yaradılması prosesi başlanmışdır. Kitabxananın açılışı sentyabr ayında planlaşdırılır.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR