Sosial xidmət müəssisələrindəki sağlamlıq imkanları məhdud uşaqlar növbəti reabilitasiya kursuna cəlb olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrindəki uşaqların tibbi-sosial reabilitasiyası işləri reabilitasiya mərkəzləri ilə birgə iş müstəvisində aparılır.
Bu işlərin davamı kimi, həmin uşaqlar Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində növbəti reabilitasiya kursuna cəlb olunublar.
Uşaqların cəlb olunduğu reabilitasiya proqramları ilk gün aparılan müayinə-qiymətləndirmənin nəticəsindən asılı olaraq fərdi plan üzrə müxtəlif tibbi və sosial reabilitasiya prosedurlarından ibarətdir.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.