AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAŞAT” düşərgəsinin altıncı həftəsində intellektual tədbirlər təşkil olunub

  • + A
  • - A
  • 26-08-2021, 16:01


    “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin altıncı həftəsi davam edir.

    Düşərgənin üçüncü gününə səhər idmanı və psixoloqlarla görüş ilə start verilib.

    Ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovla görüşlər təşkil olunub. İştirakçılarla müxtəlif mövzularda müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

    Günün ikinci yarısında iştirakçılar komandalara bölünərək hakatonda iştirak ediblər.

    Sonra səmt təyinetmə yarışı gerçəkləşdirilib.

    Günün sonunda şəhidimiz Əhməd Abdullayevin övladı Hüseyn Abdullayevin doğum günü qeyd olunub.

    Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

    Düşərgənin altıncı həftəsi şəhidlərimizin 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

    Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

    Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

    2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

    Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

    Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

    Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, "PAŞA Bank", “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi

    Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR