AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"YAŞAT" düşərgəsi başa çatıb

  • + A
  • - A
  • 30-08-2021, 10:11


    “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb.

    Düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib.

    Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.

    Sonra "YAŞAT" düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

    Qonaqlar uşaqlarla birgə şam ediblər.

    Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.

    Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.

     
    Düşərgə şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib.

     
    Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

     
    Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

    Düşərgədə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, yuxarı yaşlı uşaqlar üçün isə “Hakaton” keçirilib.

     
    2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.

     
    Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

     
    Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

     
    Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, "PAŞA Bank", “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi

     
    Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi, Regional olimpiya kompleksləri













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR