Dövlət İmtahan Mərkəzinin (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Hər il olduğu kimi, Gömrük Akademiyasının qəbul planı 100 faiz dolub. Belə ki, bu tədris ilində bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə əsasən, Gömrük Akademiyası qəbul planı 100 faiz dolan 4 ali məktəbdən biri olub.
Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilib. Həmçinin, bu tədris ilində Akademiyanın bütün ixtisasları üzrə keçid balları keçən illə müqayisədə artıb.
Qeyd edək ki “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu 2021/2022-ci tədris ilindən həyata keçirilir.
Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı da 100 faiz dolub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.